Türkiyə XİN ölkənin Netanyahunun təyyarəsi üçün hava məkanını bağlaması xəbərini təkzib etdi

Dünya

03.05.2025 20:23

17

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin Baş naziri Binyamin Netanyahunun təyyarəsi üçün hava məkanını bağlaması barədə xəbərləri təkzib edib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli deyib.

O bildirib ki, iddialar həqiqətə uyğun deyil: “Həmçinin kimsə bizdən bunu tələb etməyib”.

Qeyd edək ki, daha əvvəl Türkiyənin guya B.Netanyahunun təyyarəsi üçün hava məkanını bağlaması barədə məlumat yayılmışdı.

tag: Türkiyə, XİN,İsrail, Təyyarə, Hava Limanı, todaypress.az,