Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verdi
Türkiyənin Vanın Kockoy bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.
TodayPress xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bu gün Türkiyənin Van vilayətinin Kockoy bölgəsində 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 03:13-də baş verib və yerin 4,4 km dərinliyində yerləşib. Təkanlar ətraf bölgələrdə, o cümlədən Ağrı və Siirt vilayətlərində də hiss olunub.
tag: Türkiyə,Zəlzələ,Van,Hadisə,todaypress.az,