Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olundu
Türkiyənin Bartın
şəhərinin Ağır Cinayətlər Məhkəməsi vilayətdə kömür mədənlərindən birində baş
verən və 43 mədənçinin həyatına son qoyan qəza ilə bağlı hökm elan edib.
TodayPress xəbər
verir ki, 2022-ci il oktyabrın 14-də baş vermiş partlayışla bağlı məhkəmə
qarşısına mədən direktoru Cihad Özdemir də daxil olmaqla onlarla şəxs
çıxarılıb.
Məhkəmə 20 nəfəri 3 ildən
17 ilədək həbs cəzasına məhkum edib.
İstintaqın
məlumatına görə, partlayışa səbəb metan qazının yığılması olub. Hadisə baş
verən anda yerin altında 110 mədənçi olub.
Türkiyə
parlamentində təmsil olunan bütün siyasi qüvvələrin təşəbbüsü ilə bu cür
faciələrin qarşısını almaq məqsədilə təkliflər hazırlamaq üçün xüsusi komissiya
yaradılıb.
tag: Türkiyə, Mədən, Partlayış, Bartın,Kömür, todaypress.az,