Türkiyədə 46 qanunsuz mühacir saxlanıldı
Türkiyənin
İzmir vilayətinin Dikili rayonunda 46 qanunsuz mühacir saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə
Komandanlığının rəsmi saytı məlumat yayıb.
Məlumata əsasən,
Türkiyə ərazisinə qanunsuz yolla daxil olmuş bir qrup mühaciri daşıyan rezin
qayıq Dikili sularında sahil mühafizəçiləri tərəfindən aşkarlanıb.
Mühafizə
komandanlığının əməkdaşları mühacirləri sahilə təxliyə edərək, onları müvafiq
prosedurların aparılması üçün yerli miqrasiya idarəsinə təhvil verib.
tag: Türkiyə, Mühacir, Həbs, Polis, Sahil, Dikili, todaypress.az,