Türkiyədə 70-dən çox şübhəli şəxs saxlanıldı
Türkiyənin
daxili işlər naziri Ali Yerlikaya bir vaxtlar Fətullah Gülənin rəhbərlik etdiyi
“Paralel Dövlət” Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 73 nəfərin
saxlanıldığını açıqlayıb.
TodayPress
xəbər
verir ki, əməliyyatlar martın 19-dan 27-dək Türkiyənin 27 əyalətində, həmçinin
Ankara, İstanbul və İzmirdə həyata keçirilib.
Nazirin
sözlərinə görə, əməliyyatlara həm polis əməkdaşları, həm də jandarm qüvvələri
cəlb olunublar. Hüquq-mühafizə orqanlarının hərəkətləri xüsusi xidmət orqanları
ilə razılaşdırılıb.
“Saxlanılanlardan
48 nəfər barəsində artıq həbs qətimkan tədbiri seçilib. Onlar terrorçu
təşkilatlar ilə əlaqədə olmaqda, cinayətkar təşkilatların ideologiyasını
maliyyələşdirmə və təbliğ etməkdə, qadağan olunmuş proqramlardan istifadə
etməkdə ittiham olunurlar”, - deyə daxili işlər naziri qeyd edib.
A.Yerlikaya
əmin edib ki, FETÖ ilə mübarizə terror təşkilatının təhlükəsi tamamilə aradan
qaldırılana qədər davam edəcək.
tag: Türkiyə, Daxili İşlər Nazirliyi, FETÖ,Paralel Dövlət,Fətullah Gülən, todaypress.az,