Türkiyədə 78 nəfərin öldüyü hotelin sahibi həbs edildi
Türkiyənin Bolu vilayətinin Kartalkaya
dağ-xizək kurortunda baş verən yanğında 78 nəfərin öldüyü “Grand
Kartal” hotelinin sahibi və meneceri məhkəmə qərarı ilə həbs edilib.
TodayPress xəbər verir ki, məlumatı “HaberGlobal”
yayıb.
Qeyd olunub ki, hotel sahibi Halit Ergül və menecer Emir
Aras cinayət işi üzrə istintaq çərçivəsində həbs edilib.
Türkiyənin dağ-xizək kurortunda baş verən yanğınla bağlı
aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb.
İstirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş
verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.
tag: Türkiyə, Yanğın, Bolu, Kartalkaya, Həbs, Hotel, todaypress.az,