Türkiyədə ağır yol qəzası: Ölənlər var

Dünya

05.04.2025 19:16

1276

Türkiyənin Pendik şəhərində ağır yol qəzası baş verib.

TodayPress “Haber Global”a istinadən xəbər verir ki, sərnişin avtomobili ilə yük maşınının toqquşması nəticəsində dörd nəfər ölüb.

Onlardan üçü qadındır.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Qəza ilə bağlı araşdırma başladılıb.

tag: Türkiyə,Pendik,Qəza,Hadisə,todaypress.az,