Türkiyədə ağır yol qəzası: Xəsarət alanlar var
Türkiyədə müəllim və tələbələri daşıyan
avtobusla minik avtomobili toqquşub.
TodayPress “Habertürk”ə istinadən xəbər verir ki,
hadisə Bursa vilayətinin İnegöl rayonunda qeydə alınıb.
Qəza nəticəsində altısı müəllim olmaq on nəfər yaralanıb.
Onlar xəstəxanaya aparılıblar.
Hadisə ilə bağlı araşdırma başlayıb.
tag: Türkiyə, Qəza, Yaralı, Bursa, İnegöl, todaypress.az,