Türkiyədə ağır yol qəzasında 26 şagird yaralandı
Türkiyədə şagirdlərin olduğu avtobus qəzaya
düşüb.
TodayPress “Haber Global”a istinadən xəbərinə görə,
Ədirnə şəhərinin Keşan rayonunda baş verib.
Belə ki, şagirdləri daşıyan məktəb avtobusu idarəetmədən
çıxaraq yolun kənarına aşıb.
Yol qəzası nəticəsində 26 şagird və sürücü yaralanıb,
onlar hadisə yerinə gələn təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya
aparılıblar. Qəzanın baş vermə səbəbi araşdırılır.
tag: Türkiyə, Avtobus, Şagird, Ədirnə, Xəstəxana, Qəza, todaypress.az,