Türkiyədə aksiyalara qadağa qoyuldu
Ankara və İzmirdə aksiyalara qadağa qoyulub.
TodayPress xəbər verir ki, bu barədə Ankara və İzmir valilikləri məlumat yayıb.
Bildirilib ki, adı çəkilən şəhərlərdə 21-25 mart tarixlərində heç bir toplantı, aksiya və mətbuata açıqlama vermək olmaz.
Bundan əvvəl İstanbulda 19-23 mart tarixlərində aksiya və toplantılar qadağan edilib.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra Cümhuriyyət Xalq Partiyasının çağırışı ilə İstanbul, Ankara və İzmir də daxil olmaqla, Türkiyənin müxtəlif bölgələrində aksiyalar başlayıb.
Türkan İsgəndərli
tag: Türkiyə,Aksiya,Əkrəm İmamoğlu,todaypress.az,