Türkiyədə atışma: ölən və yaralananlar var
Türkiyənin Sakarya vilayətində silahlı insident baş verib. TodayPress xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, silahlı insident iki qonşu arasında başlayan mübahisə nəticəsində yaranıb. Tərəflər bir-birinə atəş açmağa başlayıblar. Nəticədə 3 nəfər hadisə yerində ölüb, 5 nəfər isə yaralanıb. Daha iki nəfər xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və təcili tibbi yardım xidməti cəlb olunub. Atışmada iştirak edən daha 4 nəfər də polis tərəfindən saxlanılıb.
Türkan İsgəndərli
tag: Türkiyə,Atışma,Yaralı,Polis,todaypress.az,