Türkiyədə avtobus aşdı, dörd nəfər öldü
Türkiyənin Bingöl vilayətində sərnişin
avtobusu aşıb.
TodayPress xəbər verir ki, bu barədə “Haber Global”
məlumat yayıb.
Hadisə nəticəsində dörd nəfər ölüb, daha 24-ü yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları
cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi
göstərilir.
tag: Türkiyə, Bingöl, Avtobus, Ölüm, Yaralı, Tibbi Yardım, todaypress.az,