Türkiyədə çökmə nəticəsində üç nəfər öldü

Dünya

03.04.2025 23:35

1166

Türkiyənin Şanlıurfa şəhərində kanalizasiya işləri zamanı baş vermiş çökmə nəticəsində üç nəfər ölüb.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, dağıntılar altından üç nəfərin cəsədi çıxarılıb.

Daha bir nəfər isə sağ tapılıb. Onun durumunun necə olduğu bəlli deyil.

 

 

tag: Türkiyə, Çökmə, Ölüm, Şanlıurfa,todaypress.az,