Türkiyədə duman səbəbindən uçuşlar təxirə salındı
Türkiyədə müşahidə olunan qatı duman ölkənin bəzi hava limanlarında uçuşların ləğv edilməsinə səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.
Belə ki, Trabzon Hava Limanından Ankara və İstanbula planlaşdırılan bəzi reyslər ləğv edilib.
Ordu-Giresun Hava Limanında da duman səbəbindən reyslərdə təxirə salınmalar və gecikmələr olub. İstanbuldan planlaşdırılan uçuş duman səbəbindən ləğv edilib.
Ankara və İstanbuldan Rizə-Artvin Hava Limanına planlaşdırılan iki reys də dayandırılıb.
Uçuşların hava şəraiti yaxşılaşdıqdan sonra həyata keçirilməsi planlaşdırılır.
tag: Hava yolları,Türkiyə,Uçuş,Duman,todaypress.az,