Türkiyədə ərzaq xərcləri artıb

Dünya

25.02.2025 15:18

1296

Türkiyədə ev təsərrüfatlarının ərzaq alış-verişinə ayırdığı büdcə hər il artır. 2022-ci ildə 88 TL olan orta səbət ölçüsü, 2023-cü ildə 72% artaraq 152 TL-ə, 2024-cü ildə isə 229 TL-ə çatıb. Bu, son iki ildə ərzaq xərclərinin 160% artdığını göstərir.

TodayPress xəbər verir ki, bu barədə “İPSOS” qlobal bazar araşdırması şəbəkəsi məlumat yayıb.

İstehlakçıların xərclədiyi hər 100 TL-nin 83 TL-i qida və içki alışlarına ayrılır. 

Bu, ərzaq qiymətlərinin artmasının, iqtisadi çətinliklərlə yanaşı, alış-veriş vərdişlərini də dəyişdirdiyini göstərir.

Fərdi qulluq və evdə qulluq məhsullarına xərclər isə çox aşağı səviyyəyə düşüb. Son illərdə qida və içki xərclərində ev təsərrüfatlarının payı artıb, digər məhsullara ayrılan xərclər isə azalıb. 

Ərzaq qiymətlərinin artması ilə əlaqədar, ev təsərrüfatları qiymət yönümlü seçimlər etməyə başlayıb, bu da büdcə ayırma vərdişlərində dəyişikliklərə səbəb olub.

Nicat Osman

tag: Türkiyə,Ərzaq,Qiymətlər,Bahalaşma,Todaypress.az,