Türkiyədə hoteldə yanğın oldu, ölənlər var -YENİLƏNDİ

Dünya

27.03.2025 10:30

858

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hoteldə baş verən yanğın nəticəsində 2 nəfər ölüb.

TodayPress Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğında xəsarət alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

***

09:42

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində yanğın olub.

TodayPress Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində xəsarət alanlar olub.

Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey bildirib ki, yanğında bir nəfər ölüb, 4 nəfər xilas edilib.

Hazırda yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanan hotelin turizm fəaliyyəti göstərməyə dair sənədi olmayıb və yanvar ayında bağlanılmasına qərar verilib.

tag: Türkiyə,Uludağ,Hotel,Yanğın,Todaypress.az,