Türkiyədə hoteldə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatdı
Türkiyənin Bolu vilayətindəki Kartalkaya
xizək kurortundakı hoteldə baş verən yanğınla bağlı saxlanılanların sayı 12-yə
çatıb.
TodayPress xəbər verir ki, bu barədə “Haber
Global” məlumat yayıb.
Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş
verib. Hadisə zamanı orada ümumilikdə 238 qonaq olub.
Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın insan
xəsarət alıb.
Yanvarın 22-də ölkədə matəm elan edilib.
tag: Türkiyə,Yanğın, Hotel, Ölüm,Bolu, todaypress.az,