Türkiyədə mədən çökdü

Dünya

10.04.2025 10:47

15

Türkiyənin paytaxtı Ankarada kömür mədənində uçqun baş verib. 

TodayPress xəbər verir ki, bu barədə "TRT" məlumat yayıb. 

Məlumata görə, nəticədə biri ağır olmaqla 13 mədənçi yaralanıb.

Hadisə yerinə gələn xilasedicilər zərərçəkənləri yaxınlıqdakı xəstəxanalara təxliyə ediblər.   

Qəzanın qaz sızması nəticəsində baş verdiyi bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən araşdırma başladılıb. 

Türkan İsgəndərli

tag: TÜrkiyə,Kömür,Mədən,Çökmə,Todaypress.az,