Türkiyədə qədim əlyazmaları satmaq istəyən şəxslər saxlanıldı
Türkiyənin təhlükəsizlik qüvvələri Mersin vilayətinin cənubunda Roma və Bizans dövrünə aid olduğu güman edilən 6 əlyazma kitab ələ keçirib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Jandarma komandanlığı açıqlama verib.
Bildirilib ki, səlahiyyətlilər əyalətin Akdeniz rayonunda tarixi əsərləri satmağa cəhd edən 3 şübhəli ilə bağlı əməliyyata başlayıb.
Təhlükəsizlik qüvvələri şübhəlilərin qaldığı otelə basqın edib və bu zaman 6 əlyazma ələ keçirilib.
3 şübhəli saxlanılaraq, sonrakı əməliyyatlar üçün jandarma idarəsinə aparılıb. Tapılan kitablar ekspertiza və saxlanmaq üçün Mersin Muzey Müdirliyinə təhvil verilib.
Aysel Mətləb
tag: Türkiyə,Mersin,Roma ,Bizans,Əlyazma,todaypress.az,