Türkiyədə Rusiya tərəfindən axtarılan terrorçu saxlanıldı
Rusiya tərəfindən terrora görə axtarılan bir cinayətkarın Türkiyədə nəzarətə alındığını açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya bildirib.
Məlumata görə, cinayətkar mayın 10-da Hatay vilayətində saxlanılıb.
Qeyd edək ki, Moskva tərəfindən beynəlxalq terrorizmdə ittiham olunan şəxs, İnterpol tərəfindən “qırmızı bülleteni” ilə axtarılır. Cinayətkarın kimliyi ilə bağlı yalnız baş hərfləri məlumdur.
Türkan İsgəndərli
tag: Rusiya,Türkiyə,Terror,DİN,todaypress.az,