Türkiyədə saxta xəzinə xəritələri satanlar saxlanıldı
Türkiyə polisi insanlara saxta xəzinə xəritələri sataraq varlanmaq istəyən fırıldaqçıları həbs edib.
TodayPress xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb.
Ölkənin doqquz vilayətində keçirilən əməliyyat nəticəsində onlarla cinayətkar həbs edilib.
İlkin məlumatlara görə, əsas ziyan kənd sakinlərinə dəyib. Ümumi ziyan 1,3 milyon dolları ötüb.
Fırıldaqçılar sxem üzrə hərəkət edirlər. Onlar kəndləri gəzərək yerli sakinlərə əl ilə çəkilmiş "qədim xəzinə xəritələri"ni təqdim edirlər.
Kağız süni şəkildə köhnəldilir, məkanlar isə kənd sakinlərinin tanıdığı real yerlər olur. Cinayətkarlar özlərini ziyarətçi kimi təqdim edərək, ərazi ilə tanış olmadıqlarını əsas gətirərək, xəritəni pul müqabilində satmağı təklif edirlər.
Əgər şəxs razılaşsa və axtarışa başlasa, fırıldaqçılar yenidən əlaqə saxlayırlar.
"Xəzinə" tapıldıqda isə (bu, adətən qızılla örtülmüş saxta dəmirlər olur) fırıldaqçılar özlərini keşiş kimi təqdim edən başqa əməkdaşları onu yoxlamaq üçün gətirirlər.
Tapıntının dəyəri təsdiq edildikdən sonra isə onu Türkiyədə satmağın mümkün olmadığını bildirərək, əvəzində xidmət üçün əvvəlcədən ödəniş tələb edərək "xəzinə"nin xaricdə satışı üçün kömək təklif edilir.
Pulları aldıqdan sonra isə cinayətkarlar yoxa çıxırlar. Fırıldaqçıların sxemi uğurlu və inandırıcı olduğuna görə, yüzlərlə şəxs onların oyununa aldanıb.
Polisə ardıcıl gələn eyni tipli şikayətlərdən sonra jandarma ərazidə axtarışa başlayıb.
Nəticədə qrup liderləri və tərəfdaşları Tunceli şəhərində saxlanıblar.
Töhfə Səməd
tag: Türkiyə,Saxta,Xəzinə,Xəritəsi,Cəza,Todaypress.az,