Türkiyədə silahlı hücum zamanı 5 nəfər xəsarət aldı
Türkiyənin Çorum şəhərində 35 yaşlı H.C.
qəhvəxanaya silahlı basqın edib.
Bu barədə TodayPress yerli mətbuata istinadən
xəbər verir.
Məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 22:00
radələrində baş verib. Qeyd edilir ki, silahlı şəxsin ov tüfəngindən açdığı
atəş nəticəsində 2-si ağır olmaqla 5 nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım cəlb
edilib. Yaralılar şəhərin ayrı-ayrı xəstəxanalarına çatdırılıb. Onlardan
ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis silahlı hücumu həyata keçirən şəxsin saxlanılması
üçün geniş miqyaslı əməliyyata başlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
tag: Türkiyə, Çorum, Basqın, Silahlı, Yaralı, todaypress.az,