Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralandı
Türkiyədə silahlı hücum zamanı Azərbaycan
vətəndaşı yaralanıb.
Bu barədə TodayPress yerli mətbuata istinadən xəbər
verir.
Məlumata görə, hadisə İstanbulun Şişli rayonunda
restoranlardan birində qeydə alınıb.
Belə ki, restoranda 3 nəfər; Erkan A, Beyhan T və
Azərbaycan vətəndaşı Hüseyn M. iki naməlum şəxsin odlu silahdan atəş açması
nəticəsində yaralanıb.
Hücum edən şəxslər hadisə yerindən qaçıb.
Əraziyə polis əməkdşaları və təcili yardım cəlb olunub.
Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Erkan A. və Beyhan
T.-nin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycan
vətəndaşı yüngül xəsarət alıb.
Polis hadisəni törədən şəxllərin saxlanılması üçün
operativ əməliyyat tədbirləri keçirir.
tag: Silahlı hücum, Türkiyə, Azərbaycan Vətəndaşı, Odlu Silah, Polis,todaypress.az,