Türkiyədə təyyarəni ildırım vurdu
Əlverişsiz
hava şəraiti səbəbindən Milas-Bodrum hava limanına eniş edə bilməyən Sabiha Gökçen-Bodrum
reysi üzrə uçan "Pegasus" təyyarəsi Dalaman hava limanına
yönləndirilib.
TodayPress “Haber Global”a
istinadən xəbər verir ki, hava şəraiti yaxşılaşdıqdan sonra Bodrum uçuşunu
tamamlamaq üçün Dalaman hava limanından qalxan təyyarəni bu dəfə ildırım
vurub.
Təyyarə
heç bir problem olmadan Bodrum hava limanına enişini tamamlayıb.
Texniki
qrup ildırım vuran təyyarəyə baxış keçirərkən heç bir xoşagəlməz hal aşkar
etməyib.
tag: Türkiyə,Pegasus, Bodrum, Əlverişli Hava, Dalaman,İldırım, todaypress.az,