Türkiyədə tikinti zamanı qəza baş verdi, ölən var

Dünya

10.03.2025 18:41

1041

Türkiyənin Kayseri şəhərinin Kocasinan rayonunda yüksək sürətli qatarın tikintisi zamanı daş uçması nəticəsində bir işçi ölüb, bir nəfər isə yaralanıb.   

TodayPress xəbər verir ki, bu barədə Kayseri valisi Gökmen Çiçək məlumat verib   

Onun sözlərinə görə, qəza zamanı ərazidə 7 fəhlə olub və hadisə yerində ekskavator işləyib. Böyük qayalar yuxarıdan düşən zaman 5 işçi qaça bilib, biri isə ölüb. Xəsarət almış daha bir işçi isə xəstəxanaya aparılıb.   

"Bu, çökmə deyil, qaya parçalarının düşməsi nəticəsində baş vermiş hadisədir. Təəssüf ki, işçilərimizdən biri həyatını itirdi. Yaralı işçimizin ayaqlarında sınıqlar olsa da, vəziyyəti stabildir" deyə Çiçək bildirib.   

Qeyd edək ki, səlahiyyətlilər hadisədən sonra lazımi ehtiyat tədbirləri gördüklərini, Fövqəladə Halların İdarə Edilməsi Təşkilatının kömək üçün dərhal əraziyə gəldiyini bildirərək, oxşar qəzaların qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyini bildiriblər.   

Aysel Mətləb

tag: Türkiyə,Kayseri,Ölüm,İtki,Todaypress.az,