Türkiyədə yeni pilotsuz dəniz vasitələri hazırlandı

Dünya

03.03.2025 18:55

1800

Türkiyənin ilk silahlı pilotsuz dəniz nəqliyyat vasitələri (SİDA) olan “ULAQ 12 ASuW” və “ULAQ KAMA” modelləri bu ilin birinci rübündə Türkiyə Hərbi Dəniz Qüvvələrinin xidmətinə daxil olacaq.    

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.

“ULAQ 12 AsuW” sualtı qayıqlara qarşı döyüşmək üçün hazırlanıb və “ROKETSAN”ın taktiki raket idarəetmə sistemi ilə təchiz edilib. 12,7 mm çaplı uzaqdan idarə olunan döyüş modulu və lazerlə idarə olunan raket buraxma qabiliyyətinə malik olan bu pilotsuz kater ilkin sınaqları uğurla tamamlayıb. Sonuncu sınaq mərhələsindən sonra ilin ilk rübündə orduya təhvil veriləcək.

“ULAQ KAMA” isə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş “kamikadze” tipli pilotsuz dəniz vasitəsidir. 6,5 metr uzunluğa malik bu gəmi Türkiyənin Maşınqayırma və Kimya Sənayesi Korporasiyası (MKE) tərəfindən hazırlanan 200 kiloqramlıq partlayıcı ilə təchiz edilib və güllə dəydikdə belə tarazlığını qoruya bilir.

Hər iki yeni nəsil SİDA Türkiyə Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətini artıracaq və ölkənin müdafiə sənayesindəki texnoloji irəliləyişləri nümayiş etdirəcək.

Nicat Osman

tag: Türkiyə,SİDA,“ULAQ 12 ASuW”,“ULAQ KAMA”,todaypress.az,