Türkiyədən xeyli sayda uçuş ləğv olundu
Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen
hava limanından xeyli sayda uçuş ləğv olunub.
TodayPress "Yeni Şafak"a istinadən
xəbər verir ki, buna səbəb kimi gözlənilən əlverişsiz hava şəraiti göstərilib.
Bildirilib ki, fevralın 11-i üçün nəzərdə tutulan
uçuşların beş faizi, növbəti gün üçün nəzərdə tutulan uçuşların isə on faizi
ləğv edilib.
Səfərlərlə bağlı son durumu öyrənmək üçün sərnişinlərə
hava yolu şirkətlərinin internet səhifələrini izləmələri tövsiyə olunub.
tag: Türkiyə ,Təyyarə, Gökçen, Hava, Uçuş, todaypress.az,