Türkiyənin 51 əyalətində 282 nəfər saxlanıldı
Türkiyənin 51 əyalətində PKK terror qruplaşmasına qarşı beş gündür davam edən “GÜRZ-46” antiterror əməliyyatı nəticəsində 282 şübhəli saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, həmin şəxslər terror təşkilatını maliyyələşdirməkdə, terror təşkilatına üzv toplamaqda köməklik göstərərək ortaq fəaliyyətlə məşğul olmaqda, təşkilatı dəstəkləyən qadağan olunmuş nəşrləri təqdim etməkdə ittiham olunurlar.
Həbs olunanlar eyni zamanda qanunsuz hərəkətlər zamanı zorakılıq xarakterli küçə hadisələrinə qatılmaqda, sosial media hesabları vasitəsilə terror təşkilatı təbliğatı aparmaqda da şübhəli biliniblər.
Qeyd edək ki, əməliyyatlar nəticəsində onların yaşadıqları yerlərdən iki ədəd “AK 47” avtomat, səkkiz ədəd lisenziyasız ov tüfəngi, beş ədəd lisenziyasız tapança, üç ədəd boş tapança və çoxlu sayda rəqəmsal materiallar aşkar edilib.
tag: Türkiyə,PKK,Antiterror,Dünya,Hadisə,todaypress.az,