Türkiyənin ədliyyə nazirindən terrorçulara XƏBƏRDARLIQ
Türkiyə
terrorçular silahı yerə qoyub təslim olacağı təqdirdə terrorsuz dövlət
mərhələsinə qədəm qoyacaq.
TodayPress “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə
naziri Yılmaz Tunç Vanda çıxışı zamanı deyib.
O, terrorçulara
xəbərdarlıq edərək rəsmi Ankaranın əks təqdirdə hüquqi müstəvidə mübarizə
aparacağını bildirib:
“Min illik
qardaşlığımıza vurulan xəncəri çıxarmaq vaxtıdır. İmperializmin içimizə səpdiyi
bu nifaq toxumunu aradan qaldıraraq, birliyimizi gücləndirərək hamımız birlikdə
terrordan azad bir Türkiyə quracağıq. Bizim buna böyük ümidlərimiz və inamımız
var. Bu məsələdə dövlət başçımızn iradəsi çox güclüdür”.
tag: Terrorçu, Ədliyyə Naziri, Xəbərdarlıq, Ankara, Türkiyə, Yılmaz,Van, todaypress.az,