Türkiyənin hakim partiyası Öcalanın çağırışına münasibət bildirdi
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Efkan Ala PKK terror təşkilatının həbsdəki lideri Abdulla Öcalanın tərəfdarlarına çağırışına münasibət bildirib.
TodayPress xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, partiya rəsmisi Türkiyə üçün çağırışın nəticə verib-verməyəcəyinin vacib olduğuna diqqət çəkib:
“Çağırışın mahiyyəti silahı yerə qoymaq və terror təşkilatının özünü ləğv etməsidir. Biz nəticəyə baxacağıq”.
Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.
tag: Türkiyə,Ədalət,AK Parti,Efkan Ala,PKK ,Çağırış,todaypress.az,