Türkiyənin hazır geyim ixracı azaldı

Dünya

07.04.2025 13:02

15

2025-ci ilin yanvar-mart aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalaraq, 4 milyon 184 min 923 dollara bərabər olub.

TodayPress xəbər verir ki, bu barədə “TurkicWorld” məlumat yayıb. 

“Bu ilin mart ayında Türkiyə 1 milyon 417 min 152 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 12,1 faiz azdır” deyə bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 17 milyon 571 min 108 dollar məbləğində hazır geyim ixrac edib.

tag: Türkiyə,Hazır Geyim,İXrac,Azalma,Todaypress.az,