Türkiyənin hərbi-siyasi rəhbərliyi İordaniyaya səfər edəcək

Dünya

08.03.2025 16:42

929

Türkiyənin hərbi-siyasi rəhbərliyi martın 9-da İordaniyaya səfər edəcək.

TodayPress bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın Ammana gedəcəklər.

Səfər çərçivəsində onlar İordaniya, İraq, Livan və Suriyanın xarici işlər, eləcə də müdafiə nazirləri, baş qərargah və kəşfiyyat rəisləri ilə görüşdə iştirak edəcəklər.

tag: Hakan Fidan,Yaşar Gülər,İbrahim Kalın,MİT,XİN,Milli Müdafiə Nazirliyi,Todaypress.az,