Türkiyənin milyonçuları 493 faiz artdı
Türkiyədə hesablarında 1 milyon lirə və daha çox əmanət olan
şəxslərin sayı açıqlanıb.
TodayPress Bankların Tənzimlənməsi və Nəzarət Təşkilatının (BDDK)
məlumatlarına istinadən xəbər verir ki, ölkədə son 5 ildə milyonçuların sayı 493
faiz artaraq 2 milyonu keçib.
BDDK-nın
məlumatına görə, 2023-cü ilin sonunda 1 299 118 milyonçuların sayı 529 min 816
nəfər artaraq 2024-cü ilin sonunda 1 828 934 nəfərə çatıb.
Türkiyədə
2020-ci ilin sonunda hesablarında 1 milyon lirə və daha çox pulu olan şəxslərin
sayı 308 min 278 olub, son 5 ildə bu rəqəm 493 faiz artaraq 1 milyon 828 min
934-ə yüksəlib.
Son
məlumatlara görə, Türkiyədə və xaricdə yaşayan milyonerlərin ümumi sayı 2
milyonu keçib.
tag: Türkiyə, Milyonçu, Milyon, Milyarder, Statistika, todaypress.az,