Türkiyənin sement ixracı azaldı
2025-ci ilin yanvar-mart aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalaraq, 1 milyon 15 min 119 dollara bərabər olub.
TodayPress xəbər verir ki, bu barədə “TurkicWorld” məlumat yayıb.
“Bu ilin mart ayında Türkiyə 376 min 488 dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,2 faiz azdır” deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 4 milyon 270 min 944 dollar məbləğində sement ixrac edib.
tag: Türkiyə,Sement,İXrac,Azalma,Todaypress.az,