Türkiyənin vitse-prezidenti terrorçulara çağırış etdi
Terrorçular üçün ən optimal yol təslim
olmaq və silahı yerə qoymaqdır.
TodayPress xəbər verir ki, bunu Türkiyənin
vitse-prezidenti Cövdət Yılmaz “Habertürk”ün efirində PKK-YPG terrorçularına
çağırış edərkən deyib.
C.Yılmaz bildirib ki, onlar toplantı keçirməli və müvafiq
qərar qəbul etməlidirlər.
O, konkret tarix açıqlamasa da, terrorçuların ən qısa
zamanda özlərini ləğv etmələri barədə qərarın ən düzgün seçim olduğunu qeyd edib.
tag: Türkiyə, Terrorçu, Əkrəm İmamoğlu, PKK, YPG, Silah, todaypress.az,