Türkiyəyə Ukraynanı bərpa etmək təklif olundu
Ukrayna Türkiyəyə sülh sazişi bağlandıqdan sonra ölkəni bərpa etməyi təklif edib.
TodayPress xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.
Kiyevin yenidənqurma layihələrinin yer aldığı dosyeni Ankaraya təhvil verdiyi bildirilir. Tenderlər aprel-may aylarında elan olunacaq. Dosye enerji, mənzil, su təchizatı və avtomobil yollarının tikintisi sahələrində layihələri əhatə edir.
Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə görüşü zamanı türk şirkətlərinin hərbi əməliyyatların nəticələrinin aradan qaldırılmasında Ukraynaya dəstək verməyə hazır olduğunu bəyan edib.
Töhfə Səməd
tag: Ukrayna,Türkiyə,Ankara,Bərpa,Todaypress.az,