Türkmənistan Aİ ilə əməkdaşlığı genişləndirmək istəyir

Dünya

28.03.2025 13:00

1003

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ölkəsinin Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu təsdiqləyib.   

TodayPress xəbər verir ki, bu barədə "Neytral Türkmənistan" qəzeti məlumat yayıb. 

Berdiməhəmmədov ittifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşündə Mərkəzi Asiya-Aİ formatında tərəfdaşlığı müzakirə edib.

Həmsöhbətlər razılaşıblar ki, bu, müntəzəm olaraq çoxşaxəli tərəfdaşlıq əlaqələrinin qurulmasına kömək edir.

Siyasətçilər Türkmənistanın sosial-iqtisadi inkişafına yönəlmiş proqramları müzakirə ediblər. 

Onlar qeyd ediblər ki, Avrasiya məkanında nəqliyyat kommunikasiyaları sahəsində bir sıra iri layihələr mərhələli şəkildə həyata keçirilir.

Berdiməhəmmədov əlavə edib ki, Türkmənistan perspektivli Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir.

O, onların Avrasiya qitəsi ölkələri ilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün körpü olacaqları qənaətinə gəlib.

Töhfə Səməd

tag: Türkmənistan,Avropa İttifaqı,Əməkdaşlıq,Siyasət,Todaypress.az,