Türkmənistan Aİ-yə qaz tədarük etməyə hazır olduğunu açıqladı

Dünya

08.03.2025 17:45

1594

Türkmənistan öz qazını Avropa İttifaqı ölkələrinə tədarük etməyə hazırdır.

TodayPress xəbər verir ki, açıqlama ilə ölkənin Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov çıxış edib.

Onun sözlərinə görə, Aİ-nin enerji sektoru böyük potensiala malikdir və dünyada ən böyük sektorlardan biridir, ona görə də bu regiona maraq artır.

“Türkmənistan təbii qazın tədarükü məsələsində avropalı tərəfdaşlarla yaxından işləməyə hazırdır” deyən rəsmi qaz tədarükü marşrutlarından birinin transxəzər marşrutu ola biləcəyini qeyd edib.

Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan həmişə Xəzər dənizində tam hüquqlu enerji tərəfdaşlığının yaradılmasının tərəfdarı olub.

O, bəyan edib ki, sualtı infrastrukturun yaradılması qonşu dövlətlərin iqtisadi tələblərinə cavab verəcək və bu, Avrasiya məkanında enerji dayanıqlığının qorunmasına kömək edəcək. 

Qiymət Mahir

tag: Türkmənistan,Avropa İttifaqı,Qurbanqulu Berdiməhəmmədov,Qaz,Nəql,Todaypress.az,