Tusk Trampa çağırış etdi: “Avropa ilə qarşıdurmadan çəkinin”
Polşanın Baş naziri Donald Tusk ABŞ prezidenti Donald Trampı Avropa İttifaqı ölkələri ilə qarşıdurmadan çəkinməyə və onların məhsullarına yeni gömrük rüsumları tətbiq etməməyə çağırıb.
TodayPress xəbər verir ki, Tusk bu çağırışı “X” sosial şəbəkəsində paylaşdığı videomüraciətdə səsləndirib.
“Bizim ümumi maraqlarımız daha güclü ABŞ, daha güclü Avropa İttifaqı və daha güclü NATO-nu tələb edir. Rüsumların tətbiqindən öncə bu barədə düşünün. Əməkdaşlıq həmişə qarşıdurmadan üstündür”.
Xatırladaq ki, Almaniya kansleri Olaf Şolts da ABŞ-nin rüsum qərarına kollektiv cavab veriləcəyini bəyan edib. O vurğulayıb ki, Avropanın hədəfi yenə də Vaşinqtonla əməkdaşlıqdır.
Qiymət Mahir
tag: Polşa,Donald Tusk,ABŞ,Donald Tramp,todaypress.az,