Tuskdan Trampa mesaj: “Dostluq qarşılıqlı rüsum deməkdir”
Polşanın Baş naziri Donald Tusk Avropa İttifaqını ABŞ-nin gömrük rüsumlarına qarşı “adekvat cavab verməyə” çağırıb.
TodayPress xəbər verir ki, o, bu barədə sosial şəbəkə “X”dəki hesabında paylaşım edib.
“Dostluq tərəfdaşlıq deməkdir. Tərəfdaşlıq isə real və həqiqətən qarşılıqlı rüsumlar deməkdir” deyə Tusk vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen ABŞ-nin tətbiq etdiyi yeni gömrük rüsumlarına dair konkret cavab tədbirləri elan etməmiş, bunun əvəzinə prezident Donald Trampla danışıqlara çağırmışdı.
Onun sözlərinə görə, Aİ artıq ilk cavab tədbirləri paketinin hazırlanmasını başa çatdırmaq üzrədir və əgər danışıqlar uğursuz olarsa, bu tədbirlər tətbiq ediləcək.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Polşa,Tusk,Todaypress.az,