Uçan avtomobillər reallığa çevrilir

Dünya

08.03.2025 20:15

1852

Çində uçan nəqliyyat vasitələrinin istehsal tarixi açıqlanıb.   

TodayPress xəbər verir ki, bu barədə Ümumçin Xalq Nümayəndələri Konqresinin deputatı He Syaopen bildirib. 

Onun sözlərinə görə, 2026-cı ildə "XPeng" şirkəti uçan avtomobilin ilk kütləvi istehsalına başlamağı planlaşdırır.   

Avtomobillərin idarəetmə sisteminə AI (süni intellekt) texnologiyaları daxil olacaq.   

Bu, avtonəqliyyat vasitələrinin “dayanacaqdan dayanacağa” avtonom idarə edilməsinə kömək edəcək. Həmçinin Çin üçün qlobal bazarlarda böyük bir addım olacaq. 

Türkan İsgəndərli

tag: Çin,Uçan Avtomobil,Nəqliyyat,Süni İntellekt,Todaypress.az,