Uçuş zamanı sərnişin təyyarəsinin avtopilotu sıradan çıxdı
Özbəkistandan Belçikaya uçan “My Freighter Airlines” aviaşirkətinə məxsus təyyarənin avtopilotu uçuş zamanı sıradan çıxıb.
TodayPress xəbər verir ki, bu barədə "Aviaincident" teleqram kanalı məlumat yayıb.
Yanvarın 26-da Daşkənd-Lyej marşrutu üzrə hərəkət edən "Boeing 767-300" təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Ekipaj avtopilotun qismən nasaz olduğunu bildirib. Buna baxmayaraq, pilotlar təyinat aerodromuna getmək qərarına gəliblər. Nəticədə sərnişin təyyarəsi təhlükəsiz şəkildə Belçika hava limanına enib.
Töhfə Səməd
tag: Özbəkistan,Belçika,My Freighter Airlines,Daşkənd,Lyej ,todaypress.az,