Ucuz palma yağı dövrü sona çatır
Palma yağı, əmtəənin aparıcı istehsalçısı olan İndoneziyada durğun istehsal və biodizel istehsalının artması səbəbindən bahalaşmağa başlayacaq və bu proses uzun illər belə davam edəcək.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Palma yağı hər şeydə istifadə olunur və dünyada bitki yağı ehtiyatlarının yarıdan çoxunu təşkil edir. Xüsusilə inkişaf etməkdə olan bazarlarda istehlakçılar arasında populyardır.
Ekspertlər açıqlayır ki, palma yağı artıq əvvəlki kimi ucuz olmayacaq.
Qeyd olunur ki, bitki yağlarının ən böyük alıcısı olan Hindistanda xam palma yağı son altı ayda xam soya yağından baha satılır.
Keçən həftə hindistanlılar 2019-cu ildə 500 dollardan az olan xam palma yağı üçün hər tona görə 1185 dollar ödəyiblər.
Töhfə Səməd
tag: Palm,Yağ,Ucuz,Keyfiyyətsiz,Todaypress.az,