Uitkoff: “Rusiya bəzi Ukrayna ərazilərini əldə edə bilər”

Dünya

18.04.2025 14:00

15

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Ukrayna ilə aparılan sülh danışıqları nəticəsində Rusiya öz iddia etdiyi bəzi əraziləri əldə edə bilər. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“Rusiya bəzilərini ala bilər, amma hamısını yox” deyə o qeyd edib.

Uitkoffun sözlərinə görə, “Ukraynanın bəzi rusdilli bölgələrə münasibəti daha neytral görünür” və bu amil gələcək sülh danışıqlarına təsir göstərə bilər.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski bir gün əvvəl çıxışında Uitkoffun “Rusiya strategiyasını qəbul etdiyini” iddia etmişdi.

Qiymət Mahir

tag: ABŞ ,Uitkoff,Ukrayna,Rusiya,todaypress.az,