Uitkoff və Rubio Fransaya gedəcək
ABŞ dövlət katibi Marko Rubio və ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff gələn həftə Parisə səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Uitkoffun Fransa prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.
Rubio ölkənin Avropa və xarici işlər naziri Jan-Noel Barrot ilə danışıqlar aparacaq.
Onlar Ukraynadakı münaqişəni, həmçinin İranla əlaqələri və ticarət tariflərini müzakirə edəcəklər.
Hər iki görüşün dəqiq tarixi açıqlanmayıb.
Türkan İsgəndərli
tag: Uitkoff,Rubio,Fransa,Səfər,Todaypress.az,