Uitkoff:"İran-ABŞ danışıqları çox müsbət və konstruktiv oldu"

Dünya

12.04.2025 22:10

19

İran-ABŞ danışıqları çox müsbət və konstruktiv olub.

TodayPress xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "NBC" telekanalına deyib.

Uitkoff İran İslam Respublikası ilə ABŞ arasında keçirilən danışıqların çox müsbət və konstruktiv olduğunu bildirib.

Trampın nümayəndəsi İranla danışıqların aprelin 19-da davam edəcəyini təsdiqləyib.

Qeyd edək ki, bu gün Omanda İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında danışıqlar keçirilib.

İran XİN rəhbəri ABŞ-la danışıqların ilk raundunun konstruktiv və perspektivli keçdiyini bəyan edib.

tag: ABŞ, İran, Danışıq, Tramp, Abbas Araqçi, Stiv Uitkoff, todaypress.az,