Uitkoffun Moskvaya səfərinin məqsədi açıqlandı
"ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya səfərinin məqsədi yəqin ki, İran və HƏMAS-ın girovları ilə bağlı problemləri həll etməkdir".
TodayPress xəbər verir ki, bunu "Lenta.ru" ilə söhbətində politoloq Konstantin Kalaçev deyib.
"Uitkoffun Rusiyaya gəlməsi İran problemi ilə bağlıdır. Bundan başqa, Ukrayna məsələsi də müzakirə oluna bilər, lakin bu, çətin ki, diqqət mərkəzində olsun. Vaşinqton indi ilk növbədə HƏMAS girovlarının azad edilməsində və İranın nüvə proqramı probleminin həllində maraqlıdır. Rusiyanın həm HƏMAS, həm də İranla əlaqələri var və Yaxın Şərqdə güclü mövqeyə malikdir" deyə o izah edib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin nizamlanması prosesi Trampın istədiyi kimi sürətlə getmir, lakin ona haradasa qələbə lazımdır.
Politoloq hesab edir ki, sıçrayışlara məhz Yaxın Şərqdə nail olmaq olar, bunun üçün Amerika liderinin Rusiyanın köməyinə ehtiyacı var.
Töhfə Səməd
tag: ABŞ,Rusiya,Steven Uitkoff,Moskva,Səfər,Todaypress.az,