Ukrayna 1.8 milyon artilleriya mərmisi alacaq
Ukrayna bu ilin sonuna qədər Çexiyanın təşəbbüsü çərçivəsində 1,8 milyon artilleriya mərmisi əldə edə bilər.
TodayPress xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel Praqada, Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, təşəbbüsü 11 ölkə maliyyə cəhətdən dəstəkləyir.
Pavelin sözlərinə görə, bu məqsəd üçün kifayət qədər maliyyə vəsaiti ayrılıb. Əgər Ukraynadakı münaqişə davam edərsə, gələn il üçün əlavə sursat tədarükü imkanları da nəzərdən keçiriləcək.
Çexiya lideri həmçinin münaqişənin tezliklə və ədalətli yolla başa çatmasının vacibliyini vurğulayıb.
O, əlavə edib ki, Çexiya bu məqsədlə səylərə dəstəyini davam etdirəcək.
Türkan İsgəndərli
tag: Ukrayna,Çexiya,Mərmi,Ordu,todaypress.az,