Ukrayna 3 aylıq atəşkəsə hazırdır
“Rusiya da razılaşarsa, Ukrayna münaqişə çərçivəsində üç aylıq atəşkəsə hazırdır”.
TodayPress xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiqa “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Rusiya ən azı 30 gün ərzində real atəşkəsə razılaşaraq sülh danışıqlarına həqiqi hazır olduğunu nümayiş etdirə bilər. Əgər Rusiya 60 və ya 90 günlük atəşkəsə hazırdırsa, biz də hazırıq” o yazıb.
tag: Ukrayna,Rusiya,Atəşkəs,Razılaşma,Todaypress.az,