Ukrayna 30 günlük atəşkəs rejiminin tətbiqinə razılıq verdi
Ukrayna Prezidentinin
Ofisi Ukrayna və ABŞ nümayəndə heyətlərinin Ciddə görüşündən sonra birgə
bəyanat yayıb.
TodayPress xəbər
verir ki, bəyanatın mətni Ukrayna Prezidenti Ofisinin saytında dərc olunub.
“Ukrayna ABŞ-ın
Rusiya Federasiyası tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi
şərti ilə, tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən müvəqqəti, 30
günlük atəşkəs rejiminin dərhal tətbiq edilməsi təklifini qəbul etməyə hazır
olduğunu bildirib. ABŞ Rusiyaya çatdıracaq ki, Rusiya tərəfi də qarşılıqlı
sülhə razılıq verməlidir” deyə bəyanatda bildirilir.
tag: Ukrayna, Prezident, ABŞ, Ciddə, Bəyanat, Rusiya , Atəşkəs, todaypress.az,